20 oktyabr 2014 14:35

Hacı Əliyev birinci, Xetaq, Yuliya və Saman ikinci yerdə

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) təqvim planı üzrə sentyabrda keçirilən Dünya çempionatı və Asiya Oyunlarının nəticələrinə əsasən, bütün güləş növlərində güləşçilərin reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı daxil edilib.

Ən yaxşı göstərici Dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinqdə də 2-ci yerdədir. Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev (71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıb. Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə, reytinqdə 7-ci pillədə qərarlaşıb.

Qadın güləşçilərin reytinq sıralamasında 4 güləşçimizin adı var. Dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq) reytinqdə də ikinci sırada qərarlaşıb. Dünya çempionatında bürünc medal qazanan Mariya Stadnik isə, reytinqdə 4-cü sıradadır.

Sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin son reytinq siyahısında öz yerlərini tutub. Ən yüksək göstərici isə, Dünya çempionu Hacı Əliyevə (61 kq) məxsusdur. Hacı Əliyev Daşkənddə öz çəkisində bütün rəqiblərindən üstün olmaqla reytinqdə də ilk sırada qərarlaşıb. Dünya çempionatının gümüş mükafatını qazanan Xetaq Qazyumov (97 kq) isə, reytinqdə ikincidi.

Yunan-Roma güləşi

59 kq
12. Taleh Məmmədov (13)

66 kq
7. Həsən Əliyev (2)

71 kq
3. Rəsul Çunayev (2)

75 kq
5. Elvin Mürsəliyev (6)
11. Rafiq Hüseynov (7)

80 kq
17. Emin Əhmədov (nr)

85 kq
2. Saman Təhmasibi (9)

98 kq
19. Şalva Qadabadze (7)

130 kq
15. Sabah Şəriəti (14)                  

Sərbəst güləş

57 kq
9. Əhmədnəbi Qvarzatilov (3)

61 kq
1. Hacı Əliyev (1)

65 kq
18. Məhəmməd Müslümov (12)

70 kq
7. Ruslan Dibirhacıyev (2)

74 kq
9. Cəbrayıl Həsənov (2)
11. Əşrəf Əliyev (nr)

86 kq
6. Həmzət Osmanov (8)

97 kq
2. Xetaq Qazyumov (3)
11. Şərif Şərifov (6)

125 kq
10. Əli İsayev (7)
12. Aslan Dzebişov (15)                  

Qadın güləşi

48 kq
4. Mariya Stadnik (1)

58 kq
13. İrina Netreba (7)

60 kq
2. Yuliya Ratkeviç (1)

69 kq
13. Nadya Sementsova (nr)
 
Qeyd edək ki, mötərizədə yazılan rəqəmlər idmançıların ötən ayın reytinq siyahısında tutduqları yeri göstərir.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.