14 oktyabr 2014 18:30

3 qat Olimpiya çempionu Buvaysar Saytiyevlə görüş keçirilib

Sərbəst güləş üzrə 3 qat Olimpiya, 6 qat dünya və 6 qat Avropa çempionu Buvaysar Saytiyev Bakıya gəlib. Azerisport.az xəbər verir ki, Rusiya idmanının canlı əfsanəsi ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib.

 Tədbirdə iştirak edən Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə bütün sahələrə olduğu kimi, idmana dövlət tərəfindən xüsusi diqqət göstərildiyini bildirib. O, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın sürətli inkişafı, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətləri, ölkəmizin bir sıra yüksək nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi barədə danışıb. Buvaysar Saytiyevə 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə bağlı geniş məlumat verilib.

 Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev ölkəmizdə güləşin inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd edib. O, Bakıdakı 1-ci Avropa Oyunlarının təşkilatçılıq baxımından son olimpiadalar səviyyəsində olacağını da sözlərinə əlavə edib. Namiq Əliyev Buvaysar Saytiyevin paytaxtımıza dəvət etməklə ölkəmizdə güləşi daha da populyarlaşdırmaq və müəyyən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq istədiklərini deyib:

“Həqiqətən də bu gün idmançılarımız üçün hər cür şərait yaradılıb. Ölkə başçısı cənab İlham Əliyev bütün sahələri, o cümlədən, idmançıları daim diqqətdə saxlayır. Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov idmanın bu növünün daha da inkişaf etməsi üçün əlindən gələni əsirgəmir. Daim mövcud vəziyyəti nəzarətdə saxlayır. Federasiyamız hətta regionlarda da güləşçilər üçün hər cür şərait yaradıb. Bütün bunlar gələcəkdə beynəlxalq turnirlərdə, o cümlədən, birinci Avropa Oyunları və Olimpiya Oyunlarında yüksək nəticələr qazanmağımıza zəmin yaradacaq.

“Buvaysar Saytiyev titullu, dünyada tanınmış bir idmançıdır. Güləş aləmində onun böyük təcrübəsi var. Dəvətimizi qəbul edib gəldiyinə görə ona minnətdarlığımızı bildiririk. Onun gəlişi ölkəmizdə güləşin populyarlaşması üçün atılan addımlardan biridir”.

Daha sonra Buvaysar Saytiyev dəvətə görə minnətdarlığını bildirib və sözlərinə belə davam edib: “Mənim 4 övladım, qardaşım və bacım uşaqları var. Onların da sağlam nəsil kimi yetişdirilməsi üçün idmanın əhəmiyyəti böyükdür. Ölkənizdə idmanın, güləşin inkişafı üçün bu cür şəraitin yaradılması məni sevindirir. Belədə yeniyetmə və gənclər sağlam böyüyür, pis vərdişlərdən uzaq olurlar və gələcəkdə layiqli insana çevrilirlər. Xüsusilə də dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə bəxtiniz gətirib. Bir sıra nüfuzlu yarışlar, Avropa Oyunlarını keçirmək Azərbaycanın güclü dövlət olmasından xəbər verir.

 Etiraf edim ki, güləşçilərinizin son vaxtlar qazandıqları uğurları mən də böyük maraqla izləyirəm. Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında medalların sayının get-gedə artması inkişafın bariz nümunəsidir. Əlbəttə, bütün bunlar Azərbaycan Güləş Federasiyasının düzgün yolda olduğunu göstərir”.

Tədbirdən sonra Azərbaycan Güləş Federasiyasının rəhbərliyi Buvaysar Saytiyevi Avropa Oyunları üçün nəzərdə tutulan obyektlərdən bəziləri ilə tanış ediblər.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.