10 oktyabr 2014 15:35
Sərbəst güləşçilər üçün Dağıstanda daha bir sınaq
11-12 oktyabr 2014-cü il tarixdə Dağıstan Respublikasının Buynak rayonunda İ.X.Şıxsaidovun adına beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə sərbəst güləş üzrə yığma komandanın üzvləri iştirak edəcək.
Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında qonşu respublikaya 5 güləşçimiz yollanır.
Yarışda ölkəmizi Elçin Vəliyev (57 kq), Qitinomaqomed Hacıyev (65 kq), Kamran Yunusov, Mircəfər Murtuzlu (hər ikisi 74 kq) və Məhəmməd Abdulxaliqov (86 kq) təmsil edəcək.
