Sərbəst güləşçilər Kaspiyskdə mübarizə aparacaq
26-28 sentybar 2014-cü il tarixdə Dağıstanın Kaspiysk şəhərində 1994-1996-cı il təvəllüdlü güləşçilər arasında Rusiya Federasiyasının qəhrəmanı, Rusiya Daxili İşlər Nazirliyinin general-mayoru Məhəmməd Ömərovun xatirəsinə həsr olunmuş I Beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri iştirak edəcək.
Məşqçilər Rövşən Umudov və Nazim Əlicanovun rəhbərliyi altında 9 güləşçimiz qonşu respublikaya yollanacaq. Yarışda ölkəmizi Arif Hüseynov (55 kq), Mircəlal Həsənzadə (55 kq), Vurğun Əliyev (60 kq), Qitinomaqomed Hacıyev, Hacımurad Ömərov (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov (84 kq), Turxan Qurbanov (96 kq) və Oyan Nəzəriani (120 kq) təmsil edəcək.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı iştirak edəcək. (AGF)
