22 sentyabr 2014 12:40

Milli komandanın məşqçiləri ilə görüş keçirilib

Azərbaycan Güləş Federasiyasında yeniyetmə və gənclərdən ibarət yığma komandaların məşqçiləri ilə görüş keçirilib. Azerisport.az xəbər verir ki, görüşün keçirilməsi 2014-cü ilin 9 ayı ərzində qazanılan nailiyyətləri analiz etmək, yığma komandaların hazırki vəziyyətini və qarşıdan gələn yarışlara hazırlığı müzakirə etmək, məşqçilərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyıb.

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov xüsusilə kiçik yaşlı yeniyetmələr arasında perspektivli güləşçilərin diqqətdə saxlanmasının vacibliyini bildirib.

"İl ərzində qazanılan nailiyyətlər nə idmançılarımızda, nə də məşqçilərimizdə durğunluğa səbəb olmamalıdır. Bu nailiyyətlərin davamlı olması üçün maksimum çalışmaq lazımdır. Xüsusilə ehtiyat qüvvələrin aşkarlanması və diqqətdə saxlanılması vacib məsələdir. Federasiya rəhbərliyi kiçik yaşlı yeniyetmələrin hazırlığına xüsusi diqqət yetirir. Məhz bu məqsədlə Federasiya prezidenti cənab Fazil Məmmədov tərəfindən yeniyetmə və gənc güləşçilərin inkişafı proqramı təsdiqlənib və uğurla icra edilir. Perspektivli güləşçilər yığma komandalara cəlb olunur, yerli və beynəlxalq səviyyəli müxtəlif yarışlarda sınaqdan keçirilir. Bu işlər fasiləsiz davam etdirilməlidir".

Görüşün yekunu olaraq, yığma komandalara ehtiyat qüvvələrin cəlb edilməsi və perspektivli güləşçilərin aşkarlanması məqsədilə Federasiya rəsmilərindən və məşqçilərdən ibarət nümayəndə heyətinin bölgələrə səfərləri qərara alınıb. (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.