17 sentyabr 2014 19:20

Hakimlər üçün daha bir seminar keçirildi

Yaxın günlərdə Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan yeniyetmə güləşçilərin Respublika turnirinin seçim xarakterli zona yarışları start götürəcək. Azerisport.az xəbər verir ki, seçim yarışlarının Dünya Güləş Birliyinin yeni qaydalarına uyğun keçirilməsi və görüşlərin idarə edilməsində hakimlərin təlimatlandırılması məqsədilə Olimpiya Güləş Mərkəzində milli və beynəlxalq dərəcəli hakimlər üçün növbəti seminar keçirilib.

AGF-nin Hakimlər Kollegiyası tərəfindən aparılan seminarda Dünya Güləş Birliyinin yeni təlimatları və qaydaları barədə hakimlər məlumatlandırılıb, bu günlərdə Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş Dünya çempionatından videogörüntülər izlədilərək qaydalar izah edilib. Mübahisəli məqamlar monitorda göstərilərək müzakirə edilib.

Seminar zamanı, bir neçə ay əvvəl III dərəcəli beynəlxalq hakim almaq üçün imtahandan keçmiş 5 nəfər milli dərəcəli hakimə Dünya Güləş Birliyinin lisenziya vəsiqələri, hakim qalstuku, qolçağı və fit hədiyyə edilib.

Hakimlərə vəsiqələri təqdim edən Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"İdmançılarla yanaşı, hakimlərimizin də uğurları bizi sevindirir. Federasiya olaraq, hakimlərimizin də bilik səviyyələrinin və təcrübələrinin artırılması üçün işlər görürük, bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Beynəlxalq yarışlarda nə qədər çox hakimimiz olarsa, bu həm federasiyamızın, həm də ölkəmizin uğurudur. İmtahandan keçərək beynəlxalq dərəcə alan hakimlərimizi təbrik edir, uğurlar arzulayıram. Digər milli dərəcəli hakimlərə isə, tövsiyyə edirəm ki, güləş qaydalarını dərindən mənimsəyib, öz üzərlərində işləsinlər, xarici dil biliklərini artırsınlar. Belə olan halda onlar da növbəti imtahanlarda iştirak edib, beynəlxalq dərəcə qazanar, ölkəmizi beynəlxalq yarışlarda təmsil edə bilərlər". (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.