Elvin Mürsəliyev: Medal qazana bildiyim üçün şadam
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın beşinci günündə güləşçilərimiz 1 gümüş və 1 bürünc medala sahib olub. Bürünc medal qazanan Elvin Mürsəliyev yarış təəssüratlarını bölüşüb:
"Bu mənim iştirak etdiyim ilk dünya çempionatı idi, şadam ki, medal qazana bildim. Finalda da güləşə bilərdim, ancaq müəyyən səhvlərə yol verdim və finala çıxa bilmədim. Həlledici görüşdə mən də, rəqibim də bütün gücümüzü qoyduq, ona görə də çox gərgin görüş keçdi. Bu il Avropa çempionatında da bürünc medal qazanmışdım, Dünya çempionatında da bürünc medal qazandım. Şadam ki, mənə verilən şansı dəyərləndirə bildim, federasiya rəhbərliyinin və məşqçilərin etimadını doğrultdum".
