Rəsul ermənini məğlub edib dünya üçüncüsü oldu
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın son günündə 59, 71 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb.
71 kq çəki dərəcəsində Rəsul Çunayev ilk görüşdə Yaponiya idmançısı Noritomo Eto üzərində inamlı qələbə qazanıb. Ardınca ABŞ təmsilçisi Castin Lesterlə gərgin keçən görüşü qalib başa vurub. Türkiyə idmançısı Yunus Özellə görüşdən məğlub ayrılan, Rəsul, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Rumıniya güləşçisi İonel Puskasu üzərində qələbə güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə Rəsul Çunayev erməni Varşam Boranyanla qarşılaşıb. Rəqibini 23 saniyəyə məğlub edən güləşçimiz üçüncü olub.
59 kq
1/16 final - Taleh Məmmədov - Yasin Ozay (FRA) 3:2
1/8 final - Taleh Məmmədov - Deniz Menekse (GER) 6:3
1/4 final - Taleh Məmmədov - Həmid Sorian (İRİ) 0:3
Təsəlliverici görüş - İsmael Borrero (CUB) - Taleh Məmmədov 4:2
71 kq
1/16 final - Rəsul Çunayev - Noritomo Eto (JPN) 8:0
1/8 final - Rəsul Çunayev - Castin Lester (USA) 9:7
1/4 final - Rəsul Çunayev - Yunus Özel (TUR) 1:4
Təsəlliverici görüş - Rəsul Çunayev - İonel Puskasu (ROU) 9:1
Bürünc medal görüşü - Rəsul Çunayev - Varşam Boranyan (ARM) 11:0
98 kq
1/16 final - Cenk İldem (TUR) - Şalva Qadabadze 2:0
Xatırladaq ki, yunan-Roma yarışlarının ilk günündə Saman Təhmasibi gümüş və Elvin Mürsəliyev bürünc medal qazanıb. Həsən Əliyev isə, çempionatı beşinci sırada tamamlayıb.
