12 sentyabr 2014 12:30

DÇ-də 1 qızıl və 1 gümüş medal qazanan idmançılarımız Bakıya qayıtdı

Özbəkistanın Daşkənd şəhərində keçirilən böyüklər arasında dünya çempionatında uğurla çıxış edən sərbəst güləşçilərimiz Vətənə qayıdıblar. Azerisport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançıların təntənəli qarşılanma mərasimi olub. Çempionatında bir qızıl, bir gümüş medal qazanan güləşçilərimizi azarkeşlər, Azərbaycan Güləş Federasiyasının nümayəndələri və jurnalistlər qarşılayıblar.

Sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov idmançılarımızın yarışlardakı çıxışını yüksək qiymətləndirib. F.Umudov Hacı Əliyevin gələcəkdə Olimpiya Oyunlarında da qızıl medal qazanmağa qadir olduğunu bildirib: “Xetaq Qazyumov da finala qədər yaxşı irəlilədi. Yekunda gümüş medalla kifayətlənməli oldu. Hacı Əliyev isə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bu, həqiqətən də möhtəşəm uğurdur. Bu qələbə münasibətilə başda ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev başda olmaqla, bütün xalqımıza həsr edirik. Məhz dövlətimizin diqqət və qayğısı nəticəsində idmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr qazanırlar. Bu qələbədə Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədovun əməyi böyükdür, gələcəkdə də federasiya rəhbəriyinin etimadını doğrultmağa çalışacağıq”.

Daha sonra media nümayəndələrinin suallarını cavablandıran Hacı Əliyev bunları deyib: “Əvvəlcə Avropa, daha sonra isə dünya çempionatının qalibi olduğuma görə, çox sevinirəm. Gələcəkdə Bakıda keçiriləcək 1-ci Avropa Oyunları, daha sonra isə Braziliyadkakı Olimpiya Oyunlarında da uğurlu çıxışımı davam etdirmək istəyirəm. Üzərimdə əməyi olan hər kəsə, bizə yaratdığı yüksək şəraitə görə Güləş Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Dünya çempionatının gümüş mükafatçısı Xetaq Qazyumov deyib: “Hacı Əliyev kimi idmançı yetişdirən Azərbaycan xalqını təbrik edirəm. Özümə gəlincə, əlbəttə, qızıl medal qazana bilmədiyimə görə məyusam. Amma ikinci yer də pis nəticə deyil. Hardasa bəxtim də gətirmədi. Üzərimdə daha çox işləyib gələcək yarışlarda da uğurla çıxış etməyə çalışacam”.

Qeyd edək ki, Hacı Əliyev 61 kq çəki dərəcəsində qızıl, Xetaq Qazyumov isə 97 kq-da gümüş medala sahib çıxıb. (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.