12 sentyabr 2014 00:23
Təmsilçilərimiz mübarizəni erkən dayandırdı
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın dördüncü günündə 53, 58 və 75 kq çəki dərəcəsində qadın güləşçilər yarışıb.
Ölkəmizi təmsil edən İrina Netreba və Anjela Doroqan mübarizəni erkən dayandırıb.
53 kq
1/16 final - Anjela Doroqan - İzabella Sambou (SEN) 3:2
1/8 final - Nataliya Budu (MDA) - Anjela Doroqan 6:3
58 kq
1/16 final - İrina Netreba - Romero Bonilla (MEX) 3:1
1/8 final - Lisset Antes (ECU) - İrina Netreba 14:6
Qadın güləşçilərin ilk yarış günündə yığmamız 1 gümüş və 1 bürünc medala sahib olub. Yuliya Ratkeviç (60 kq) gümüş, Mariya Stadnik (48 kq) isə bürünc medal qazanıb.
