10 sentyabr 2014 20:20
Ratkeviç: Əsas məqsədim revanş almaq idi
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, qadın güləşçilərin yarışında çempionatın gümüş medalına sahib olan təmsilçimiz Yuliya Ratkeviç yarış haqqında təəssüratlarını bölüşüb.
"Çempionata o qədər də yaxşı formada hazırlaşa bilməmişdim, zədələrim vardı. Elə bilirdim zəif çıxış edəcəm. Hətta final görüşündə burnumdan ciddi zədə aldım. Əsas məqsədim Yuseini məğlub etmək idi. Çünki son iki yarışda ona uduzmuşam. Revanş aldım".
