10 sentyabr 2014 20:10
Mariya Stadnik: Onu özümə rəqib hesab etmirəm
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, qadın güləşçilərin yarışında çempionatın bürünc medalını qazanan təmsilçimiz Mariya Stadnik yarış haqqında təəssüratlarını bölüşüb.
"Yarımfinala qədər uğurla irəlilədim. Bir neçə qələbə qazandım. Yarımfinal görüşündə bir az yorğunluq, bir az arxayınlıq vardı. Onu özümə rəqib hesab etmirəm. Bu yaxınlarda turnirdə qarşılaşmışdıq, ona tam üstünlüklə qalib gəlmişdim. Fikir vermişəm ki, ildə bir dəfə uduzuram. Çalışacam ki, bundan sonra arxayınlaşmayım".
