10 sentyabr 2014 00:30

Hacı Əliyev: Sübut etdim ki, 2014-cü ilin ən güclüsü mənəm

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, çempionatın ikinci günündə qızıl medal qazanan Hacı Əliyev (61 kq) qələbə sevincini və keçirdiyi görüşlər barədə fikirlərini bildirib:

"Dünya çempionu olduğum üçün çox sevincliyəm. Bu çempionluğu bütün xalqımıza, bütün güləş həvəskarlarına həsr edirəm. Çempion olmağımda təbii ki, keçdiyimiz təlim-məşq toplanışlarının xüsusi rolu oldu. Çünki yüksək səviyyədə hazırlıq prosesi keçmişdik.

Finala qədər 4 görüş keçirdim. Ukrayna və Kuba idmançıları görüşüm çox gərgin oldu. İlk hissədə çox yoruldum. Fasilədə məşqçilərin tövsiyyələrini diqqətlə dinlədim və bu məni qələbəyə bir daha ruhlandırdı.

İran idmançısı üzərində qələbəni səbirsizliklə gözləyirdim. Buna qədər iranlı güləşçi ilə iki dəfə qarşılaşmışdıq. Birində o, birində isə mən qələbə qazanmışdım. Final görüşünün sonunda əlimi yuxarı qaldırmaqla İran güləşçisinə jest edərək ondan daha üstün olduğumu bildirmək istədim. Sübut etdim ki, 2014-cü ilin ən güclüsü mənəm.

Bu il, Finlandiyada keçirilən Avropa çempionatında qazandığım qızıl medalın təsadüfi olmadığını sübut edə bildiyim üçün şadam. Qarşıda bizi Bakıda keçiriləcək I Avropa Oyunları gözləyir. Orda da mütləq qalib gəlmək, ondan sonra isə Olimpiya Oyunları haqqında düşünmək lazımdır".

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.