8 sentyabr 2014 00:05
DÇ-2014: sərbəst güləşçilər mübarizəyə başlayır
8-14 sentyabr 2014-cü il tarixdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, çempionatın ilk günündə 57, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparacaq.
57 kq
1/16 final - Əhmədnəbi Qvarzatilov - Aleksandru Çirtoaca (MDA)
70 kq
1/8 final - Ruslan Dibirhacıyev - Nedealco (MDA) / Escoto (MEX)
86 kq
1/16 final - Aleksandr Dolli (İRL) - Həmzət Osmanov
125 kq
1/16 final - Aslan Dzebişov - Ayaal Lazerev (KGZ)
İlk görüşlər Bakı vaxtı ilə səhər saat 9:00-da başlayacaq. Açılış mərasimi saat 18:00-da, 19:00-dan etibarən isə final görüşləri baş tutacaq. Final qarşılaşmaları İdman Azərbaycan kanalından canlı yayımlanacaq.
