7 sentyabr 2014 12:40

Namiq Əliyev: FİLA-nı nostalji hisslərlə xatırlayacağıq

8-14 sentyabr 2014-cü il tarixdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, sentyabrın 7-də Dünya Güləş Birliyinin növbəti Konqresi baş tutub. Konqresdə Azərbaycanı qurumun İcraiyyə Komitəsinin üzvü, AGF-nin I vitse-prezidenti Namiq Əliyev təmsil edib.

Konqres haqqında fikirlərini bildirən AGF I vitse-prezidenti, DGB (Dünya Güləş Birliyi) İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev edilən dəyişiklikləri müsbət qiymətləndirib.

"Bu tarixi bir Konqresdir. Bir ilə yaxın idi ki, qurumun adının və loqosunun dəyişdirilməsi ilə bağlı İcraiyyə Komitəsində müzakirələr aparılırdı. Artıq bu baş tutdu. Düzdür, uzun müddətdir ki, qurum FİLA adlanırdı və bundan sonra bu adı nostalji hisslərlə xatırlayacağıq. Amma qrapplinq və pankration kimi güləşə yaxın növlərin də quruma daxil olması ad dəyişikliyini zəruri etdi. Digər tərəfdən Beynəlxalq Olimpiya Komitəsinin tövsiyyələri də nəzərə alındı. Qurumun Nizamnaməsində də müəyyən dəyişikliklər edildi. Eyni zamanda iki ildir ki, quruma başçılıq edən Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçildi. O, qarşıdakı 6 il ərzində quruma rəhbərlik edəcək".

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına toxunan AGF rəsmisi Konqresdə Oyunlara hazırlıq barədə təqdimatın iştirakçılar tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.

"Avropa Oyunlarında güləşin əvvəlcə 6 çəki dərəcəsində təmsil olunması nəzərdə tutulurdu. Artıq aparılan danışıqlar nəticəsində bütün 8 çəki dərəcələrinin də Oyunlarda iştirakı razılaşdırılıb. Biz istəyirik ki, Olimpiya Oyunlarında da güləş bütün çəki dərəcələrində təmsil olunsun. Çünki Olimpiadaya salınmayan çəki dərəcələrinin də inkişaf etdirilməsi bizim əsas prioritetlərimizdəndir".

Dünya Güləş Birliyinin "Şərəf zalı"nda Azərbaycan güləşçilərinin təmsil olunması məsələsinə münasibət bildirərkən Namiq Əliyev bu barədə planlarının olduğunu bildirib.

"Olimpiya və üçqat Avropa çempionu Namiq Abdullayev, Olimpiya və ikiqat Dünya çempionu Fərid Mansurov kimi Azərbaycanın tanınmış güləşçilərinin Dünya Güləş Birliyinin "Şərəf zalı"nda təmsil olunması bizim yaxın gələcək üçün əsas planlarımızdan biridir. Düşünürəm ki, onlar dünya güləşində öz layiqli yerlərini tutacaqlar". (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.