3 sentyabr 2014 14:55

Namiq Əliyev: İnanıram ki, bu idmançılar özlərini doğruldacaqlar

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək güləşçilərin siyahısı müəyyənləşib. Azerisport.az xəbər verir ki, heyətləri açıqlayandan sonra Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev çempionatla bağlı fikirlərini media nümayəndələri ilə bölüşüb:

“Bu il sentyabr ayının 8-dən 14-dək Özbəkistanın Daşkənd şəhərində keçiriləcək güləş üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək yığmamızın tərkibində demək olar ki, 80 faiz idmançımız ilk dəfədir ki, bu yarışa qatılacaq”.

Onun sözlərinə görə, Azərbaycanda artıq yeni güləş nəsli yetişib: “Bu idmançıların ilk dəfə dünya çempionatına qatılmasına baxmayaraq, onların bir çoxu artıq gənclər arasında dünya, Avropa çempionlarıdır. Gənc olsalar da, onlar artq böyük təcrübəyə malikdirlər. İnanıram ki, bu idmançılar özlərini doğruldacaqlar”.

N. Əliyev Olimpiya çempionlarımız barədə də danışıb: “Toğrul Əsgərov dizindən əməliyyat olunub və reabilitasiya müddəti keçir. Hesab edirəm ki, qısa zamanda o, öz yerini tutub, yığmanın tərkibində müəyyən yarışlarda iştirak edəcək. Şərif Şərifov isə yeni çəki dərəcəsinə keçib. O, 97 kq çəki dərəcəsində Avropa və Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək”.

O vurğulayıb ki, həm yunan-Roma, həm sərbəst, həm də qadın güləşi üzrə yığma komandalarımızın böyük potensialı var və hər 3 komanda özünü dünya çempionatında yaxşı tərəfdən göstərəcək.

AGF-nin I vitse-prezidenti artıq 6-7 ildir ki, federasiyasının ağır çəkilərlə bağlı proqram üzərində çalışdığını deyib: “Respublikada böyük seleksiya işləri aparmışıq və bu gün bu işlər öz bəhrəsini göstərir. Yeniyetmələrin Olimpiya Oyunlarında ağır çəkidə qızıl medal qazanmağımız təsadüfü deyil. Gənclərin son dünya çempionatında da idmançılarımız ilk dəfə ağır çəkidə dünya çempionları oldular. Bunlar hamısı məqsədyönlü işlərin nəticəsidir”.

N. Əliyev qarşıdan gələn dünya çempionatının da bir mərhələ olduğunu qeyd edib: “Bizim üçün ən əhəmiyyətlisi gələn il keçiriləcək Avropa Oyunları, ondan dərhal sonra isə Las Veqasda lisenziya xarakterli dünya çempionatı və Rio-de-Janeyroda keçiriləcək böyüklərin Olimpiya Oyunlarıdır. Bu dünya çempionatı idmançılarımızın hansı formada olmasını yoxlamaq və qarşıdakı önəmli yarışlar üçün yığmanın heyətinin qurulmasında kömək olacaq”.

O, Rövşən Bayramovun dünya çempionatına gedəcək heyətdə olmaması məsələsinə də aydınlıq gətirib: “Rövşən Bayramov Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri turnirində zəif çıxış etdiyinə görə dünya çempionatında məşqçilər korpusu onu başqa idmançı ilə əvəz ediblər. Ancaq onun böyük potensialı var və yaxın vaxtlarda biz yenə onu böyük yarışlarda görəcəyik. Ümid edirəm ki, 2016-cı il Olimpiya Oyunlarınadək Rövşən Bayramov öz formasına qayıdacaq və bu yarışda ölkəmizi təmsil edəcək”. (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.