1 sentyabr 2014 12:07

Olimpiadada uğurla çıxış edən idmançılarımız Bakıya qayıtdı

Çinin Nanjinq şəhərində keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarında iştirak edən Azərbaycanın yığma komandası Vətənə dönüb. Azerisport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq hava limanında yarışlarda uğurlu nəticələr qazanan idmançıların təntənəli qarşılanması mərasimi olub.

Qeyd edək ki, 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edib. Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvondo, boks, sərbəst və qadın güləşi, yunan–Roma güləşi, üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medal qazanıb. Bununla da yığma komanda 204 iştirakçı ölkə və medal qazanmış 86 ölkə arasında 10-cu yeri tutub. Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci yerdədir. Yarışda iştirak edən 21 idmançıdan 12-si Vətənə medalla qayıdıb.
Yığma komandaya medalların beşini güləşçilərimiz qazandırıblar. Yarışlarda iştirak edən 5 yeniyetmə pəhləvanımızın hamısı finala qədər irəliləyib, onlardan 3-ü qızıl, 2-si isə gümüş medal əldə edib.

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov da media nümayəndələrinin suallarını cavablandırıb:

“Məlum olduğu kimi, Çinin Nanjinq şəhərində keçirilən yeniyetmələrin ikinci yay Olimpiya Oyunlarına yekun vuruldu. Xüsusilə də güləşçilərimizin yüksək nəticə göstərməsi bizi çox sevindirir. 5 güləşçimizin hamısı finala vəsiqə qazandı. Onlardan 3-ü qızıl medal əldə etdi, ikisi isə gümüş medalla kifayətləndi.
Bildiyiniz kimi, federasiyamızın prezidenti Fazil Məmmədovun xüsusi göstərişi ilə yeniyetmə və gənc idmançılara diqqət artırılıb. Çünki onlar bizim gələcəyimizdir. Əsas yığma komanda üçün ehtiyat qüvvə hazırlamalıyıq. Çox şadıq ki, işimizin öhdəsindən layiqincə gələ bilirik. Yeniyetmələrimizin uğurlu çıxışı bizim düzgün yolda olduğumuzu göstərir. Əlbəttə, güləşçilərimizin, ümumilikdə idmançılarımızın beynəlxalq yarışlarda uğurlu nəticələr qazanması ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin digər sahələrə olduğu kimi, idmana da göstərdiyi diqqət və qayğının nəticəsidir. İnanıram ki, qarşıda hələ çox böyük uğurlarımız olacaq”.

Sərbəst güləş üzrə 100 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxmış İqbal Hacızadə deyib: “Şükür Allaha ki, Vətənə başıuca qayıdırıq. Olimpiya Oyunlarında iştirak etdiyim və Azərbaycan bayrağını yüksəklərə qaldırdığım üçün çox xoşbəxtəm. Gərgin görüşlər keçirdim və sonda istəyimə nail oldum. Bu mötəbər yarışa ciddi hazırlaşmışdıq. Keçdiyimiz yüksək səviyyəli hazırlıq prosesi öz bəhrəsini verdi. Qələbəmi bütün Azərbaycan xalqına həsr edirəm”.

60 kq çəki dərəcəsində Olimpiya çempionu olan Teymur Məmmədov da fikirlərini səsləndirib: “Yarışlara yaxşı hazırlaşmışdıq. Final qarşılaşmasına qədər 3 görüş keçirdim. Əvvəlcə Meksika, sonra isə Misir və Braziliya güləşçiləri ilə üz-üzə gəldim. Onların hamısına böyük üstünlüklə qalib gəldim. Həlledici görüşdə rəqibim Moldova təmsilçisi oldu. Onu da məğlub edərək, ölkəmizə qızıl medal qazandırdım. Çində respublikamızın bayrağını ucaltdığım və himnini səsləndirdiyim üçün çox xoşbəxtəm. Gələcəkdə də yalnız qələbələr üçün yarışacağıq”.

Qarşılanma mərasimindən sonra olimpiyaçılar Heydər Əliyev sarayının qarşısındakı parka gələrək Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.