28 avqust 2014 12:41

3 qızıl, 2 gümüş medal və gələcəyə ümidlər

Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Olimpiya Oyunları başa çatdı. Azerisport.az xəbər verir ki, güləş üzrə ölkə yığma komandasının üzvləri Olimpiya Oyunlarında tam heyətlə təmsil olundu.

Güləşçilərimiz Olimpiya Oyunlarına vəsiqələri bu ilin may ayında Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında əldə etmişdi. Sərbəst güləşçilərimiz 3 çəkidə, yunan-Roma güləşçilərimiz və qadın güləşçilərimiz isə hər biri 2 çəki dərəcəsində Olimpiya Oyunlarına lisenziya qazanmışdı. FİLA-nın reqlamentinə əsasən isə, hər bir ölkə sərbəst və yunan-Roma güləş növlərində maksimum 2, qadın güləşində isə 1 idmançı ilə Olimpiadaya qatıla bilərdi.

Ölkəmizi sərbəst güləş yarışlarında Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq), qadın güləşçilərin yarışında Leyla Qurbanova (52 kq), yunan-Roma güləşi üzrə yarışlarda isə Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) təmsil etdi.

Güləşçilərimizin hər biri inamlı mübarizə apardı və onlardan 3-ü qızıl, 2-si gümüş medal qazanmaqla Azərbaycanın güləş ölkəsi olduğunu bir daha sübut etdi. Qazanılan bu uğur ölkəmizdə idmana, xüsusilə güləş idman növünə ən yüksək səviyyədə diqqətin və qayğının bariz nümunəsidir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev daim mötəbər yarışlardan öncə və sonra idmançılarla görüşündə onlara etimadın tam olduğunu və hər cür şəraitin yaradıldığını bildirir. Qazanılan bu uğurlar güləşçilərin ölkə rəhbərliyi tərəfindən göstərilən yüksək etimada sədaqətinin nəticəsidir.

Güləş yarışlarının ilk günündə mübarizə aparan yunan-Romaçılarımız Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) finala qədər inamla irəlilədi. Finalda rəqibindən üstün olan İslambek Dadov qızıl medal qazandı və Olimpiya çempionu oldu. Cabbar Nəcəfov isə gümüş medala layiq görüldü.

Yeniyetmə qızların mübarizəsində təmsilçimiz Leyla Qurbanova (52 kq) finala qədər inamla güləşdi. Ancaq final görüşündə Yaponiyadan olan rəqibinə uduzub, Olimpiya Oyunlarını ikinci sırada tamamladı və gümüş medala layiq görüldü.

Həm Olimpiya Oyunlarının, həm də elə güləş yarışlarının son günündə mübarizəyə sərbəst güləşçilər qoşuldu. Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq) həm yarımqrup görüşlərində, həm də final görüşündə uğurla çıxış edərək ölkəmizə bir gündə 2 qızıl medal qazandırdı.

Xüsusilə qeyd etmək lazımdır ki, Olimpiya çempionlarımız keçirdikləri görüşlər ərzində rəqiblərinə hamısı bir yerdə cəmi 1 xal verdi. Belə ki, İslambek Dadov bütün görüşlərini 13:0, Teymur Məmmədov 39:0, İqbal Hacızadə isə 31:1 hesablı qələbələrlə başa vurdu.

Qeyd edilməli olan daha bir məqam isə, sərbəst növdə mübarizə aparan güləşçimiz Teymur Məmmədovun bu il iştirak etdiyi bütün mötəbər yarışlarda fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmasıdır. Belə ki, 2014-cü il ərzində qatıldığı Avropa və Dünya çempionatları, həmçinin Olimpiya Oyunlarında qızıl medal qazanan güləşçimiz ona bəslənilən bütün ümidləri doğrultdu.

Yeniyetmə güləşçilərimizin Olimpiya Oyunlarında qazandığı bu nailiyyət, bütövlükdə Azərbaycan Güləş Federasiyasının sistemli və düzgün istiqamətli fəaliyyətinin nəticəsi olmaqla yanaşı, Azərbaycan güləşinin gələcəyinin etibarlı əllərdə olduğunun göstəricisidi. (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.