Sərbəst güləşçilər mübarizəyə qoşulur
Yeniyetmələrin II Olimpiya Oyunlarında güləş yarışları keçirilir. Azerisport.az xəbər verir ki, üçüncü yarış günündə sərbəst güləşçilər mübarizə aparacaq.
Məlumat üçün bildirək ki, güləş yarışları dairəvi sistem üzrə keçirilir. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparır. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışır.
63 kq çəki dərəcəsində təmsilçimiz Teymur Məmmədov A yarımqrupunda Gürcüstan, CAR və Palav təmsilçiləri ilə qarşılaşacaq.
1-ci dövrə - Teymur Məmmədov - İveriko Julakidze (GEO)
2-ci dövrə - Elbert Lukas Steyn (RSA) - Teymur Məmmədov
3-cü dövrə - Ceyms Didasko (PLW) - Teymur Məmmədov
100 kq çəkidə İqbal Hacızadənin yarımqrupda rəqibləri isə, Meksisa, Misir və Braziliya güləşçiləri yer olacaq.
1-ci dövrə - İqbal Hacızadə - Madeyra Heber (BRA)
2-ci dövrə - Eduardo Qarsia (MEX) - İqbal Hacızadə
3-cü dövrə - Abdalla - Elgizavi (EGY) - İqbal Hacızadə
Yarımqruplarda ilk görüşlər Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.
Xatırladaq ki, Nanjinqdə keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarında güləşçilərimiz 1 qızıl və 2 gümüş medala sahib olub. İslambek Dadov (yunan-Roma güləşi, 69 kq) qızıl, Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq) və Leyla Qurbanova (qadın güləşi, 52 kq) gümüş medal qazanıb.
