27 avqust 2014 19:00

Teymur Məmmədovla İqbal Hacızadə Olimpiya çempionu oldu

Yeniyetmələrin ikinci Olimpiya Oyunlarında güləş yarışları başa çatıb. Azerisport.az xəbər verir ki, üçüncü yarış günündə sərbəst güləşçilər mübarizə aparıb.

Məlumat üçün bildirək ki, güləş yarışları dairəvi sistem üzrə keçirilir. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparır. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışır.

63 kq çəki dərəcəsində təmsilçimiz Teymur Məmmədov A yarımqrupunda Gürcüstan, CAR və Palav təmsilçiləri ilə qarşılaşıb. 3 görüşdə rəqiblərindən 32 xal alan güləşçimiz, heç bir rəqibinə xal vermədən finala yüksəlib. Finalda Teymur Venesuela idmançısına da heç bir şans verməyib və Olimpiya çempionu olub.

1-ci dövrə - Teymur Məmmədov - İveriko Julakidze (GEO) 10:0
2-ci dövrə - Elbert Lukas Steyn (RSA) - Teymur Məmmədov 0:10
3-cü dövrə - Ceyms Didasko (PLW) - Teymur Məmmədov 0:12

FİNAL - Teymur Məmmədov - Antoni Montero (VEN) 7:0

100 kq çəkidə İqbal Hacızadənin yarımqrupda rəqibləri isə, Meksika, Misir və Braziliya güləşçiləri olub. Bütün görüşlərini qələbə ilə başa vuran güləşçimiz rəqiblərinə heç bir xal vermədən 26 xal qazanıb və finala yüksəlib. Finalda İqbal Moldova güləşçisi üzərində inamlı qələbə qazanaraq Olimpiya çempionu olub.

1-ci dövrə - İqbal Hacızadə - Madeyra Heber (BRA) 11:0
2-ci dövrə - Eduardo Qarsia (MEX) - İqbal Hacızadə 0:10
3-cü dövrə - Abdalla - Elgizavi (EGY) - İqbal Hacızadə 0:5

FİNAL - İqbal Hacızadə - Dmitri Ceacusta (MDA) 5:1

Xatırladaq ki, Nanjinqdə keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarında güləşçilərimiz 1 qızıl və 2 gümüş medala sahib olub. İslambek Dadov (yunan-Roma güləşi, 69 kq) qızıl, Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq) və Leyla Qurbanova (qadın güləşi, 52 kq) gümüş medal qazanıb. (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.