Qurbanova mübarizəyə başlayır
Yeniyetmələrin II Olimpiya Oyunlarında güləş yarışları keçirilir. Azerisport.az xəbər verir ki, ikinci yarış günündə yeniyetmə qızlar mübarizə aparacaq.
Məlumat üçün bildirək ki, güləş yarışları dairəvi sistem üzrə keçirilir. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparır. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışır.
52 kq çəki dərəcəsində təmsilçimiz Leyla Qurbanova Kanada, Ukrayna və Salvador güləşçiləri ilə eyni yarımqrupda mübarizə aparacaq.
1-ci dövrə - Tianna Kennet (CAN) - Leyla Qurbanova
2-ci dövrə - Olena Kremzer (UKR) - Leyla Qurbanova
3-cü dövrə - Aparicio Vasquez (ESA) - Leyla Qurbanova
İlk görüşlər Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.
Yeniyetmələrin II Olimpiya Oyunlarının güləş yarışlarında ilk gün mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 gümüş medala sahib olub. İslambek Dadov (69 kq) qızıl, Cabbar Nəcəfov (50 kq) isə gümüş medal qazanıb.
