11 avqust 2014 16:30

Güləşçilər yeniyetmələrin II Yay Olimpiya Oyunlarına tam heyətlə yollanır

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan nümayəndə heyətinin yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Çinə yola salınması ilə bağlı tədbir keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb və idmançılara uğurlar arzulayıb.

Sonra Azərbaycan milli komandasının 2010-cu ildə Sinqapurda keçirilən birinci Yay Olimpiya Oyunlarındakı çıxışına həsr olunan slayd-şou nümayiş etdirilib.

Azərbaycan “Nanjinq-2014”də idmanın 7 növü üzrə 19 nəfərlik heyətlə təmsil olunacaq. Güləş yarışlarında komandamız tam heyətlə iştirak edəcək. Güləşçilərimiz Olimpiya Oyunlarına vəsiqələri bu ilin may ayında Bolqarıstan Respublikasının Samokov şəhərində keçirilən Avropa çempionatında qazanıb.

Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləş yarışları 25-27 avqust tarixlərində keçiriləcək. Ölkəmizi sərbəst güləş yarışlarında Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq), qadın güləşçilərin yarışında Leyla Qurbanova (52 kq), yunan-Roma güləşi üzrə yarışlarda isə Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) təmsil edəcək.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev hakimlik edəcək.

Xatırladaq ki, 2010-cu ildə ilk dəfə keçirilən yeniyetmələrin Olimpiya Oyunlarında güləşçilərimiz tam heyətlə iştirak etmiş, 4 qızıl və 1 gümüş medala sahib olmuşdular.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.