10 avqust 2014 11:01
Son gündə daha dörd şans
Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın son günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulacaq.
55 kq
1/16 final - Vladimir Kurdin (KAZ) - Mircəlal Həsənzadə
66 kq
1/16 final - Aren Alekyan (ARM) - Murad Süleymanov
84 kq
1/16 final - Nurməhəmməd Hacıyev - Dzianis Kramiankov (BLR)
120 kq
1/16 final - Akbar Yelibaylu (KAZ) - Oyan Nəzəriani
Xatırladaq ki, sərbəst güləş yarışlarında ilk gün Məhəmmədhacı Muxutov (74 kq) gümüş və Vurğun Əliyev (60 kq) bürünc qazanıb.
