10 avqust 2014 14:20

Tarix yazan güləşçi qızlar Bakıya qayıtdı

Xorvatiyanın Zaqreb şəhərində keçirilən güləş üzrə gənclər arasında Dünya çempionatında uğurla çıxış edən qızlardan ibarət komandamız Vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, 1 qızıl və 2 gümüş medal qazanan güləşçilərimiz Heydər Əliyev beynəlxlaq hava lımanında mediya nümayəndələrinin əhatəsinə düşüblər. Gənc qızlarımızı qarşılayanlar arasında federasiyanın nümayəndələri, həmçinin azarkeşlər də olub.

Komandamızın heyətində 72 kq çəki dərəcəsində yarışan Səbirə Əliyeva dünya çempionu olub. Raqnetta Qurbanzadə 67, Solmaz Həşimzadə isə 55 kq-da bürünc medalları qazanıblar.

Yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxan Səbirə Əliyeva ən çətin görüşünü yarımfinalda qazaxıstanlı rəqibinə qarşı keçirdiyini vurğulayıb. Respublikamızın himnini səsləndirdiyinə, bayrağımızı ucaltdığına görə fəxr hissi keçirdiyini deyən güləşçimiz üzərlərində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Bürünc medal qazanan Raqnetta Qurbanzadə əsas hədəfinin qızıl medal olduğunu deyib: “Etiraf edim ki, yaponiyalı rəqibim daha yaxşı təsir bağışladı. Amma bundan sonrakı görüşlərdə məşqçilərin sayəsində toparlana bildim. Hər halda, dünya çempionatında 3-cü yer də pis nəticə deyil. Çox sevinirəm ki, mükafatçılar sırasına düşə bildim”.

Çempionatın digər bürünc mükafatçısı Solmaz Həşimzadə ölkəmizə medal qazandırdığına görə sevincini gizlətməyib və sözlərinə belə davam edib: “Bundan sonra daha səylə çalışacam. Əsas qələbələrimiz hələ irəlidədir. İnkişaf etmək, uğur qazanmaq üçün bizə hər cür şərait yaradılıb. Bunlardan istifadə edib, daim yeni-yeni qələbələrə can atacağıq”.

Xatırladaq ki, gənc qızlarımız indiyə qədər qatıldıqları Dünya çempionatlarında ilk qızıl medalı 2010-cu ildə qazanıb. 2013-cü ildə isə, analoji yarışı qızlarımız 2 bürünc medalla tamamlayıb. Bu dəfəki Dünya çempionatında isə, son 4 ildə qazanılan qədər medal qazanılıb - 1 qızıl və 2 bürünc. Bu nəticə ilə yığmamız komanda hesabında Yaponiya və Rusiyadan sonra 3-cü pillədə qərarlaşıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.