8 avqust 2014 19:25
Stadniklə Ratkeviç mövqeyini qorudu
Beynəlxalq Güləş Federasiyası - FİLA təqvim planı üzrə iyul ayında keçirilən yarışların nəticələrinə əsasən, avqust ayı üçün qadın güləşçilərin reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, bu dəfəki siyahı Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində güləşçilərin qazandığı nəticələr əsasında hazırlanıb.
Qadın güləşçilərin reytinq siyahısına 4 güləşçimizin adı daxil edilib.
48 kq
1. Mariya Stadnik (1)
58 kq
7. İrina Netreba (6)
60 kq
1. Yuliya Ratkeviç (1)
69 kq
19. Raqnetta Qurbanzadə (18)
Qeyd: Mötərizədə yazılan rəqəmlər idmançıların ötən ayın reytinq siyahısında tutduqları yeri göstərir.
