8 avqust 2014 14:45

Dünya çempionları Vətənə qayıtdı

Xorvatiyanın Zaqreb şəhərində keçirilən gənclər arasında Dünya çempionatında uğurla çıxış edərək, 5 qızıl və 1 gümüş medal qazanan yunan-Roma güləşi üzrə yığma komandamız gecə saatlarında Vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq hava lımanında pəhləvanlarımız böyük coşqu ilə qarşılanıb.

Xatırladaq ki, təmsilçilərimizdən Elman Muxtarov, Orxan Nuriyev, İbrahim Nurullayev, Murad Məmmədov və İslam Abbasov qızıl, Ruhin Mikayılov isə gümüş medal qazanıb. Qazanılan naliyyətlərin daha bir özəlliyi güləşiçilərimizin ermənistanlı rəqiblərinə böyük üstünlüklə qalib gəlməsidir.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin böyük məşqçisi Şaban Donat idmançılarımızın qazandıqları uğurları tarixi hadisə adlandırıb, bu nailiyyətin ölkəmizdə idmana göstərilən diqqət və qayğının təzahürü olduğunu bildirib. Mütəxəssis həmçinin güləşçilər üçün yaradılan yüksək səviyyəli şəraitə görə Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirib, bu cür qələbələrin ardının gələcəyini deyib.

Daha sonra Dünya çempionatında respublikamızın himnini səsləndirən idmançılarımız fikirlərini bildiriblər.

Elman Muxtarov bunları deyib: “Biz hamımız Ali Baş Komandan, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin əsgərləriyik. Ali Baş Komandanın əmri ilə əldə silah səngərdə də düşmənin qarşısına çıxıb, ona qalib gəlməyə hazırıq. Ermənilərdən qat-qat üstün olduğumuzu bir daha sübuta yetirdik”.

Çempionatın digər qızıl medalçısı İslam Abbasov yaxşı hazırlıq prosesi keçdiklərini qeyd edib: “Hazırlığımız və yarışlarda uğurlu çıxışımız üçün federasiya rəhbərliyi tərəfindən hər bir şərait yaradılıb. Məşqçilərimizə də minnətdaram. Bu qələbəni Vətən uğrunda canından keçən igidlərimizə həsr edirəm”.

Bir ay əvvəl Avropa çempionu olmuş ermənini diz çökdürən Ruhin Mikayılov həmin an böyük fəxr hissi keçirdiyini vurğulayıb: “Həmin hisləri sözlə ifadə etmək çətindir. Görüşün çətin olacağını bilirdim. Amma onunla ikiqat güclə güləşdim. Məşqçilər və federasiya nümayəndələrinin dəstəyi ilə xalça üzərinə tam psixoloji hazırlıqla çıxdım. Çox sevinirəm ki, onu məğlub etdim”.

Qeyd edək ki, 5 qızıl, və 1 gümüş medalla yekunda 59 xal toplayan yığmamız komanda hesabında da dünya çempionatını ilk sırada tamamlayıb. İkinci yerdə Gürcüstan, üçüncü sırada Türkiyə komandası qərarlaşıb. Pəhləvanlarımız eyni zamanda Azərbaycan güləş tarixində yeni səhifə yazıblar. Səkkiz çəki dərəcəsindən 6-da finala yüksələn təmsilçilərimiz komandanın gələcəyinin etibarlı əllərdə olduğunu sübut ediblər. (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.