7 avqust 2014 01:25

Gənc yunan-Roma güləşçiləri güləş tarixini yenilədi

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatında yunan-Roma yarışları başa çatdı. Azerisport.az xəbər verir ki, böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev, Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov (66 kq), Sənan Əlimirzəyev (74 kq), İslam Abbasov (84 kq), Orxan Nuriyev (96 kq) və Əli Həsənov (120 kq) təmsil etdi.

Güləşçilərimiz ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanmaqla Azərbaycan güləş tarixində yeni səhifə yazdılar. 8 çəki dərəcəsindən 6-da finala yüksələn təmsilçilərimiz komandanın gələcəyinin etibarlı əllərdə olduğunu sübut etdilər. Yekunda 59 xal toplayan yığmamız komanda hesabında da Dünya çempionatını ilk sırada tamamladı. İkinci yerdə Gürcüstan, üçüncü sırada Türkiyə yığması qərarlaşdı.

Məlumat üçün bildirək ki, 2012-ci ildə Taylandda keçirilən Dünya çempionatında da gənc yunan-Roma güləşçilərimiz komanda hesabında birinci olmuşdu. Ancaq həmin vaxt güləşçilərimiz 3 qızıl və 1 bürünc medalla Vətənə qayıtmışdılar.

Bu dünya çempionatı həm də güləşçilərimiz üçün ona görə yaddaqalan oldu ki, Dağlıq Qarabağda son günlərdə baş verən hadisələr fonunda güləşçilərimiz qarşılaşdıqları bütün erməni rəqibləri ilə görüşdən qalib ayrıldılar, həm də böyük üstünlüklə. Yunan-Roma güləşi yarışlarında güləşçilərimiz 4 dəfə erməni rəqibləri ilə qarşılaşdılar və bütün görüşlərdə üstün tərəf Azərbaycan oldu.

Yarışların ikinci günündə isə, bir ay bundan öncə Avropa çempionu olmuş erməni güləşçinin Ruhin Mikayılova məğlubiyyətdən boyun qaçıra bilməməsi və Azərbaycan güləşçiləri ilə görüşlərin hamısında qarşılaşdıqları acı nəticə Ermənistan yığmasının məşqçilər korpusunu əməlli-başlı hövsələdən çıxartdı. Azərbaycan güləşçilərinin qələbələrini həzm edə bilməyən erməni məşqçilər hisslərini cilovlaya bilməyərək bütün tamaşaçıların gözü önündə öz güləşçilərini təpikləməklə sakitləşməyə çalışdılar.

Əlbəttə, Azərbaycan güləşçilərinin bu uğuru təbiidir və Federasiya rəhbərliyinin, məşqçilər korpusunun məqsədyönlü fəaliyyətinin nəticəsidir. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev birbaşa diqqət və nəzarətində olan Azərbaycan idmanı gündən-günə inkişaf edir. Bu gün güləşçilərin hazırlığı üçün hər bir şərait yaradılıb, onların fiziki hazırlığı, vitaminlərlə təminatı daim Federasiya rəhbərliyinin diqqət mərkəzindədir, güləşçilərin sosial rifah halının yaxşılaşdırılması üçün dövlət qayğısı göstərilir. İnanırıq ki, məhz bu cür diqqət və qayğının müqabilində qazanılan uğurlar, əldə edilən nailiyyətlər də elə artan templə davam edəcək.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.