6 avqust 2014 21:30

"Erməni rəqiblə görüşərkən ancaq qələbə haqqında düşünürük"

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclərin Dünya çempionatı davam edir. Çempionatın ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz uğurlu çıxışı ilə yadda qalıb. Azerisport.az xəbər verir ki, ilk yarış günündə güləşçilərimiz 3 qızıl medal qazanıb. İkinci yarış günündə isə, 3 güləşçimiz finala yüksəlib.

Yarışların gedişində güləşçilərimiz 4 dəfə Ermənistan təmsilçiləri ilə qarşılaşıb və bütün görüşləri qələbə ilə başa vurub.

66 kq çəki dərəcəsində güləşçimiz Ruhin Mikayılovun mübarizədən kənarlaşdırdığı erməni rəqibi isə bir ay öncə gənclərin Avropa çempionu olmuşdu. 84 kq-da mübarizə aparan İslam Abbasov isə cəmi 44 saniyə ərzində rəqibini tam üstünlüklə məğlub edib.

Çempionatın ikinci günündə erməniləri məğlub edən güləşçilərimiz keçirilən görüşlər və çempionat haqqında fikirlərini bölüşüb.

İslam Abbasov:

"Çempionata yaxşı hazırlaşmışıq. Güclü təlim-məşq toplanışları keçmişik. Hər bir yarışda məqsədimiz uğurla çıxış edib, yüksək əyarlı medallar qazanmaqdır. Federasiya rəhbərliyi tərəfindən hazırlığımız və yarışlarda uğurlu çıxışımız üçün hər bir şərait yaradılıb. Bizim vəzifəmiz də maksimum səylə çalışmaq və əzmkarlıq göstərərək ölkəmizi layiqincə təmsil etməkdir. Yarışlarda bizim üçün ikinci vacib məsələ isə, erməni güləşçilərlə qarşılaşarkən ikiqat əzmkarlıq göstərmək və ancaq qələbə qazanmaqdır. Buna görə də, erməni rəqiblərlə görüşərkən ancaq qələbə haqqında düşünürük. Dünən komanda yoldaşlarımız çox uğurla öz vəzifələrini icra etdilər. Onların qələbəsi bizim üçün də stimul oldu".

Ruhin Mikayılov:

"Dünya çempionatında zəif rəqib olmur. Qarşılaşdığım erməni rəqib bir ay bundan əvvəl Avropa çempionu olmuşdu və bütün rəqiblərini böyük hesabla üstələmişdi. Məşqçilər və federasiya rəsmilərinin dəstəyi ilə görüşə psixoloji cəhətdən yaxşı hazırlaşdım. Görüşün gərgin keçəcəyini bilirdim. Qələbə qazandığıma görə ikiqat sevincliyəm. Çünki mən və komanda yoldaşlarım bu qələbələrlə son günlər Dağlıq Qarabağda baş verən hadisələrdə şəhid olan əsgərlərimizin az da olsa qisasını almış olduq. Biz güləşçi olaraq sözümüzü bu gün idman arenasında deyirik. Ali Baş Komandan, dövlətimizin başçısı cənab İlham Əliyevin əmri ilə sabah səngərdə əlimizdə silah vuruşmağa hazırıq".

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.