23 iyul 2014 12:41

Qızıl Qran Prinin final mərhələsində kimlər iştirak edəcək?

İyulun 25-dən 27-ə qədər Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq. Azerisport.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək və turnirdə 35 ölkədən dünyanın 400-ə yaxın ən güclü pəhləvanları mübarizə aparacaq.

Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. İyulun 26-da qadın, 27-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Sərbəst güləş yarışlarında ölkəmizi Əhmədnəbi Qvarzatilov, Yaşar Əliyev, Mahmud Məhəmmədov (hamısı 57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov, Ənvərbəy Dalqatov (hamısı 65 kq), Ruslan Dibirhacıyev, Emin Əzizov, Hacımurad Ömərov (hamısı 70 kq), Əşrəf Əliyev, Cəbrayıl Həsənov (hər ikisi 74 kq), İbrahim Yusubov, Məhəmmədhacı Xatiyev, Məhəmməd Abdulxaliqov, Aleksandr Qostiyev (hamısı 86 kq), Xetaq Qazyumov, Roman Bəkirov (hər ikisi 97 kq), Əli İsayev, Aslan Dzebisov və Valera Rodriqes (hamısı 125 kq) təmsil edəcək.

Qadın güləşi yarışlarında 8 güləşçimiz mübarizə aparacaq. Heyətdə Mariya Stadnik, Kəmalə Əliyeva (hər ikisi 48 kq), Anjela Doroqan, Patimat Baqomedova (hər ikisi 53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Nadya Sementsova və Gözəl Zutova (hər ikisi 69 kq) yer alacaq.

Turnirin son günündə baş tutacaq yunan-Roma güləşçilərinin yarışında Rövşən Bayramov, Orxan Əhmədov, Taleh Məmmədov, Kamran Məmmədov (hamısı 59 kq), Həsən Əliyev, Azad Əliyev, Rövşən Tağıyev (hamısı 66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev, Ceyhun Əliyev (hamısı 71 kq), Rafiq Hüseynov, Niyaməddin İbrahimov (hər ikisi 75 kq), Emin Əhmədov, Elvin Mürsəliyev (hər ikisi 80 kq), Şəhriyar Məmmədov (85 kq), Araz Həsənov, Şalva Qadabadze, Saman Təhmasibi (hamısı 98 kq), Sabah Şəriəti və Səbuhi Hümbətov (hər ikisi 130 kq) mübarizə aparacaq.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi iyulun 25-də saat 17:00-da baş tutacaq. Sayca 7-cı dəfə keçiriləcək yarış “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq. (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.