20 iyul 2014 00:34

DÇ-də daha 1 qızıl və 2 gümüş medal

Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində yeniyetmə sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz yarış gününü 1 qızıl və 2 gümüş medalla başa vurub.

42 kq çəkidə mübarizə aparan İntiqam Vəlizadə Qazaxstan və Rumıniya güləşçilərini məğlub edib. Yarımfinalda Rusiya güləşçisi ilə görüşdən məğlub ayrılan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Həlledici qarşılaşma Yaponiya güləşçinin üstünlüyü ilə başa çatıb. İntiqam Vəlizadə çempionatı 5-ci sırada tamamlayıb.

50 kq çəki dərəcəsində təmsilçimiz Əfqan Xaşalov finala qədər maneəsiz irəliləyib. O, ardıcıl olaraq Ukrayna, Gürcüstan, İran və Hindistan güləşçilərini mübarizədən kənarlaşdırıb. Finalda Əfqan Xaşalov ABŞ təmsilçisi ilə görüşdən məğlub ayrılıb və gümüş medalla kifayətlənib.

58 kq-da mübarizə aparan Mahir Əmiraslanov ilk görüşündə erməni rəqibini böyük hesabla məğlub edib. Ardınca Ukrayna, Qazaxstan və Türkiyə təmsilçiləri üzərində qələbə qazanan güləşçimiz finala yüksəlib. Finalda rəqib Rusiya idmançısı ilə gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb. Mahir Əmiraslanov Dünya çempionatını gümüş medalla başa vurub.

85 kq çəkidə təmsilçimiz Şamil Sadullayev də finala qədər bütün rəqiblərindən üstün olub. Hindistan, Ukrayna və Rusiya güləşçilərini məğlub edən Şamil, finalda Türkiyə təmsilçisi ilə qarşılaşıb.  Rəqibinə şans verməyən güləşçimiz Dünya çempionatını qızıl medalla başa vurub.

42 kq
1/8 final - Anuar Nurgeldi (KAZ) - İntiqam Vəlizadə 1:4
1/4 final - İntiqam Vəlizadə - Costel Tarcoci (ROU) 8:0
1/2 final - İntiqam Vəlizadə - Maksim Zamorşikov (RUS) 1:12
Bürünc medal görüşü - Daiqo Hattari (JPN) - İntiqam Vəlizadə 12:3

50 kq
1/16 final - Əfqan Xaşalov - Roman Gutsulyak (UKR) 2:0
1/8 final - Əfqan Xaşalov - Gaioz Gongladze (GEO) 8:6
1/4 final - Əfqan Xaşalov - Nadir Nasrisamakuş (İRİ) 5:2
1/2 final - Əfqan Xaşalov - Vasant Prakaş (İND) 10:9
FİNAL - Spencer Lee (USA) - Əfqan Xaşalov 9:0

58 kq
1/16 final - Vardges Karapetyan (ARM) - Mahir Əmiraslanov 0:11
1/8 final - Enrike Fombeya (UKR) - Mahir Əmiraslanov 1:4
1/4 final - Mahir Əmiraslanov - Kuatbek Muxambet (KAZ) 10:5
1/2 final - Mahir Əmiraslanov - Ali Cam (TUR) 3:1
FİNAL - David Baev (RUS) - Mahir Əmiraslanov 6:3

69 kq
1/8 final - Məhəmməd Həsənzadə - Mason Manville (USA) 1:14
Təsəlliverici görüş - Məhəmməd Həsənzadə - Georgi Paskalov (MDA) 0:2

85 kq
1/8 final - Şamil Sadullayev - Karamjeet Karamjeet (İND) 4:2
1/4 final - Şamil Sadullayev - Yeqor Yevlogiyev (UKR) 2:0 (təmiz qələbə)
1/2 final - Ruslanbek Aldiyev (RUS) - Şamil Sadullayev 2:4
FİNAL - Şamil Sadullayev - Semih Yazıcı (TUR) 4:1

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.