20 iyul 2014 11:12
DÇ-2014-də son gün üçün daha beş şans
Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində yeniyetmə sərbəst güləşçilər mübarizəyə qoşulub.
Sərbəst güləş yarışlarının ilk günündə güləşçilərimiz 1 qızıl və 2 gümüş medal qazanıb.
46 kq
1/8 final - Şahin Əlifzadə - Cabbar Düyüm (TUR)
54 kq
1/16 final - Mahal Novruzov - Ravi Kumar (İND)
63 kq
1/16 final - Teymur Məmmədov - Dmitri Naunika (BLR)
76 kq
1/16 final - Hacımurad Məhəmmədsəidov - Soslanbek Lavoev (RUS)
100 kq
1/8 final - İqbal Hacızadə - Dmitri Ceacusta (MDA)
