18 iyul 2014 11:45
DÇ-2014-də daha üç şans
Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın dördüncü günündə 40, 46, 52, 60 və 70 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizə aparır. Yığma komandamız 3 çəki dərəcəsində təmsil olunur.
Yeniyetmə qızların yarışında ilk gün güləşçilərimiz 1 gümüş medal qazanıb.
İlkin görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
46 kq
1/8 final - Türkan Nəsirova - Anastasia Sizenko (RUS)
52 kq
1/8 final - Johanna Lindborg (SWE) - Şəbnəm Əhmədova
70 kq
1/8 final - Anita Kələntərova - Kakran Divya (İND)
