18 iyul 2014 01:40

Leyla Qurbanova gümüş medal qazandı

Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın üçüncü günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulub.

Yığma komandamız 3 çəkidə təmsil olunub. Güləşçilərimiz üçüncü yarış gününü  1 gümüş medalla başa vurub.

43 kq çəkidə mübarizə aparan Ülkər Babayeva ilk görüşdə Qazaxstan güləşçisini üstələsə də, yarımfinalda Yaponiya təmsilçinə uduzub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz Rusiya idmançısına məğlub olub və çempionatı 5-ci sırada tamamlayıb.

49 kq-da güləşən Leyla Qurbanova Monqolustan, Polşa və Rusiya təmsilçilərini tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz Yaponiya təmsilçisi ilə gərgin keçən görüşü uduzub  və gümüş medalla kifayətlənib.

Xatırladaq ki, Leyla Qurbanova Nanjinqdə keçiriləcək yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 52 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək.

43 kq
1/4 final - Ülkər Babayeva - Adema Kaliyeva (KAZ) 17:4
1/2 final - Ülkər Babayeva - Yui Susaki (JPN) 0:10
Bürünc medal görüşü - Veronika Qurskaya (RUS) - Ülkər Babayeva  6:0

49 kq
1/8 final - Narantsatsral Amgalanbaatar (MGL) - Leyla Qurbanova 2:4 (təmiz qələbə)
1/4 final - Anna Krol (POL) - Leyla Qurbanova 0:11
1/2 final - Leyla Qurbanova - Viktoriya Vaulina (RUS) 12:0
FİNAL - Kika Kagata (JPN) - Leyla Qurbanova 8:2

56 kq
1/8 final - Ləman Qurbanova - Ayşe Vatansever (TUR) 4:4*

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.