18 iyul 2014 13:25

"Uğurlu nəticə qazananlara yüksək məbləğdə pul mükafatı ayırılıb"

İyulun 25-dən 27-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda iştirak edəcək güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir.

Sərbəst güləş üzrə ölkə yığma komandası hazırlığın ilk mərhələsini Xaçmaz Olimpiya İdman Kompleksində keçirib. Hazırda isə təlim-məşq toplanışı paytaxtda, Olimpiya Güləş Mərkəzində davam etdirilir. Turnirə səylə hazırlaşan komandamızın üzvləri ilə yanaşı, hazırlıq prosesində ABŞ-ın sərbəst güləşçiləri də iştirak edir. Bu gün pəhləvanlarımızın mətbuat üçün açıq məşqi keçirilib.

Hazırlıq prosesini izləyənlər arasında Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov da olub. Komandanın hazırlığı ilə yaxından maraqlanan baş katib qarşıdakı turnirlə bağlı fikirlərini bölüşüb:

“Yarışda 39 ölkənin iştirak edəcəyi öz təsdiqini verib. Bu turnir FİLA-nın təqvim planında Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlardan biridir. Artıq ölkəmizdə 7-ci dəfə keçirilən və ənənə halını alan bu yarışımız 2016-cı ilə qədər FİLA tərəfindən müqavilə vasitəsilə ölkəmizə həvalə edilib. Deyərdim ki, bu turnir Olimpiya Oyunları səviyyəsində yüksək dərəcədə təşkil olunur.

Əlbəttə, ölkə başçısı cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi, idmana da göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycanda mötəbər turnirlər keçirmək mümkündür. Güləşə göstərilən dövlət qayğısı pəhləvanlarımızın dünya arenalarındakı uğurlarının get-gedə artmasına şərait yaradır. Eyni zamanda federasiyamızın rəhbərliyi də daim güləşçilərimizi diqqətdə saxlayır. Federasiyanın prezidenti Fazil Məmmədov və I vitse-prezident Namiq Əliyev pəhləvanlarımız üçün hər cür şərait yaradıblar. Təsadüfi deyil ki, bu gün Azərbaycan güləşi dünya reytinqində ilk üçlükdə yer alır. Digər ölkələrin idmançıları təlim-məşq toplanışlarını bizim güləşçilərlə keçirməyə, təcrübə qazanmağa can atırlar.

Əlavə edim ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirində çox güclü idmançılar yarışacaqlar. Bildiyiniz kimi, federasiya rəhbərliyi tərəfindən uğurlu nəticə qazananlara yüksək məbləğdə pul mükafatı ayırılıb. Bütün idmançılar bu turnirdə qələbə qazanmağa çalışırlar. Güləş həvəskarlarını olduqca maraqlı yarışlar gözləyir”.

Bu məşqlər, eyni zamanda, sentyabr ayında Özbəkistanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır. Sərbəst güləş üzrə yığma komandamızın üzvü Hacı Əliyev də yarışlar ərəfəsində media nümayəndələrinin suallarını cavablandırıb:

“Hazırlıqlar yaxşı keçir. Federasiya tərəfindən hər cür şərait yaradılıb. Komandada ümumi ab-hava yüksək səviyyədədir. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinə ciddi hazırlaşmışıq. Ümid edirəm ki, əziyyətimiz hədər getməyəcək və yarışda uğur qazanacağıq”.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində 39 ölkədən 400-ə yaxın idmançı iştirak edəcək. Turnir 3 gün davam edəcək və “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq. (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.