17 iyul 2014 01:20

DÇ-2014-də 2 gümüş və 2 bürünc medal

Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın ikinci günündə 42, 46, 69, 76 və 85 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz ikinci yarış günündə 2 gümüş və 2 bürünc medal qazanıb. Ümumilikdə 3 gümüş və 2 bürün medal qazanan yuna-Roma güləşçilərimiz komanda hesabında 49 xal toplayaraq Dünya çempionatını ikinci sırada tamamlayıb. Eyni xalla Rusiya yığması birinci, 43 xalla İran yığması üçüncü olub.

46 kq-da mübarizə aparan Seymur Hüseynov ilk görüşündə Rusiya təmsilçisinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq imkanı verib. Qazaxstan güləşçisini məğlub edən Seymur həlledici qarşılaşmaya çıxıb. Bürünc medal uğrunda o Türkiyə güləşçisini üstələyib və dünya çempionatını 3-cü sırada tamamlayıb.

69 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov 1/16 final mərhələsindən yarışa başlayıb. İsveçrə, Çexiya və İsveç güləşçilərini məğlub edən İslambek yarımfinalda Xorvatiya güləşçisinə minimal hesabla məğlub olub. Güləşçimiz bürünc medal uğrunda Qazaxstan təmsilçisi ilə həlledici görüşə çıxıb. Gərgin keçə qarşılaşma təmsilçimizin xeyrinə başa çatıb və yığmamıza daha bir bürünc medal qazandırıb.

76 kq-da güləşçimiz Nicat Abdullayev Avstriya, Bolqarıstan və Belarus güləşçilərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finald İran güləşçisi ilə gərgin keçən görüşdə uduzan Nicat gümüş medalla kifayətlənib.

85 kq-da mübarizə aparan Soslan Fanziyev finala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib. ABŞ, Finlandiya və Belarus güləşçilərini mübarizədən kənarlaşdıran təmsilçimizin finalda rəqibi Ukrayna idmançısı olub. Rəqibinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

42 kq
1/8 final - Zaur Nuriyev - Kamal Kərəm (TUR) 2:11
Təsəlliverici görüş - Zaur Nuriyev - Alireza Necati (İRİ) 2:7

46 kq
1/8 final - Seymur Hüseynov - Viktor Vedernikov (RUS) 2:4
Təsəlliverici görüş - Seymur Hüseynov - Kuresbay Diyas (KAZ) 8:0
Bürünc medal görüşü - Seymur Hüseynov - Tanga Özen (TUR) 9:0

69 kq
1/16 final - Fabio Dietşe (SUI) - İslambek Dadov 0:4
1/8 final - Ondrej Hilgert (CZE) - İslambek Dadov 0:9
1/4 final - İslambek Dadov - Berg Zebastian (SWE) 6:2
1/2 final - Antonio Kamenjaseviç (CRO) - İslambek Dadov 1:0
Bürünc medal görüşü - Adilqali Madiyar (KAZ) - İslambek Dadov 6:8

76 kq
1/8 final - Markus Raggineer (AUT) - Nicat Abdullayev 2:8
1/4 final - Nicat Abdullayev - Vladimir Stoyçev (BUL) 4:1
1/2 final - Nicat Abdullayev - Mikita Kimoviç (BLR) 6:3
FİNAL - Nicat Abdullayev - Arman Alizadeh Abdevali (İRİ) 4:7

85 kq
1/8 final - Soslan Fanziyev - Timoti Young (USA) 9:0
1/4 final - Soslan Fanziyev - Toni Metsomaki (FİN) 9:0
1/2 final - Aleksandr Baraban (BLR) - Soslan Fanziyev 4:13
FİNAL - Soslan Fanziyev - Vladen Kozliuk (UKR) 2:8

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.