15 iyul 2014 15:05
"Bu tapşırığın öhdəsindən gələcək gücdəyik"
25-27 iyul 2014-cü il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, milli komandamızın üzvü Rəsul Çunayev turnir öncəsi fikirlərini səsləndirib:
“Hazırlıqlarımız yaxşı keçir. Məqsədimiz bacardıqca çox medal qazanmaqdı. Bu tapşırığın öhdəsindən gələcək gücdəyik. Şəxsən mənim üçün rəqibin fərqi yoxdu. Onun titullu və ya təcrübəsiz olması böyük önəm kəsb etmir. Hər bir görüşə xüsusi motivasiya ilə çıxıram. Həm qarşıdakı turnirdə, həm də dünya çempionatında bayrağımızı yüksəltməyə çalışacam”.
