"Ən azından ötən dəfəki nəticəni təkrarlamağa çalışacağıq"
25-27 iyul 2014-cü il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, milli komandamızın baş məşqçisi Cəmşid Xeyrabadi Dünya Kuboku yarışlarında qazanılan tarixi nailiyyəti xüsusilə vurğulayaraq, güləşçilərimizin qarşıdakı turnirə ciddi hazırlaşdıqlarını bildirib:
“Komandada ümumi ab-hava yüksək səviyyədədi. Yarışlara yaxşı hazırlaşmaq üçün hər cür şəraitimiz var. Buna görə də federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qarşımızda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” beynəlxalq turnirində uğurlu çıxış etmək tapşırığı durur. Ən azından ötən dəfəki nəticəni təkrarlamağa çalışacağıq”.
