15 iyul 2014 14:45
Yığmamızın mətbuat üçün açıq məşqi keçirildi
25-27 iyul 2014-cü il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda iştirak edəcək güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir.
Yunan-Roma güləşi üzrə ölkə yığma komandası Olimpiya Güləş Mərkəzində hazırlıq keçir. Təlim-məşq toplanışında yığmamızın üzvləri ilə yanaşı, Serbiya və Norveç güləşçiləri də iştirak edir. Bu gün turnirə hazırlaşan komandamızın mətbuat üçün açıq məşqi keçirilib.
Bu məşqlər, eyni zamanda, sentyabr ayında Özbəkistanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.
