14 iyul 2014 18:15
Millimiz Serbiya və Norveç ilə birgə hazırlaşır
25-27 iyul 2014-cü il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda iştirak edəcək güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir.
Yunan-Roma güləşi üzrə ölkə yığma komandası Olimpiya Güləş Mərkəzində hazırlıq keçir. Təlim-məşq toplanışında yığmamızın üzvləri ilə yanaşı, Serbiya və Norveç güləşçiləri də iştirak edir.
15 iyul 2014-cü il, saat 10:00-da Olimpiya Güləş Mərkəzində (Excelsior otelin yanı) yunan-Roma güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçiriləcək. (AGF)
