11 iyul 2014 19:00
Sərbəst güləşçilər Dünya çempionatına Qubada hazırlaşır
Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamız Dünya çempionatına hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, çempionat öncəsi son hazırlığını Quba Olimpiya İdman Kompleksində keçən yığmamızın heyətinə 20 güləşçi cəlb olunub.
Komandanın böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı iyulun 17-dək davam edəcək.
