10 iyul 2014 13:00

2014-cü ilin ilk 6 ayında 229 medal!

Azərbaycan güləşçiləri dünya arenalarında uğurlu çıxışlarını davam etdirirlər. Ölkəmizi layiqincə təmsil edən pəhləvanlarımız planetin müxtəlif ölkələrində bayrağımızı ucaldır, himnimizi səsləndirirlər.

Ötən ilin yekunlarına əsasən, iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda güləşçilərimiz ümumilikdə 92 qızıl, 71 gümüş və 135 bürünc medal qazanmışdılar.

Əlbəttə, Azərbaycan Güləş Federasiyası bu uğurlarla kifayətlənmək fikrində deyildi. Qurumun rəhbərliyi ötən ilin yekunlarına həsr olunan görüşdə idmançılara yeni mövsümdə daha böyük uğurlar qazanmaq tapşırığı vermişdi. Qarşıdan gələn 2014-cü il idmançılarımız üçün, böyük əhəmiyyət kəsb edən çox məsuliyyətli bir təqvim ili olduğu əvvəlcədən məlum idi. Güləş qaydalarında və çəki dərəcələrində edilən son dəyişikliklərə uyğun hazırlaşmaq və qazanılan nailiyyətləri daha da artırmaq bütün növ güləş komandalarımızın qarşısındakı ən əsas məqsəd idi. Azərbaycan Güləş Federasiyasının Prezidenti cənab Fazil Məmmədovun göstərişi ilə yaradılan şərait, maddi-texniki bazanın gücləndirilməsi, mütəmadi olaraq yüksək səviyyədə təlim-məşq toplanışlarının keçirilməsi beynəlxalq arenada güləşçilərimizin uğurlu çıxışına imkan verir.

Pəhləvanlarımızın 2014-cü ilin ilk 6 ayı ərzində qazandıqları uğurlara fikir versək, bu ilin həqiqətən də güləş tariximizdə yeni səhifə açacağını əvvəlcədən söyləmək olar. Yanvarın 1-dən iyul ayının 1-nə qədər olan müddətdə güləşçilərimiz ümumilikdə 229 medal qazanıblar. Bunların 47-si böyüklərdən, qalanı isə gənc və yeniyetmələrdən ibarət komandalarımızın payına düşür.

Qazanılan medalların 80-nin əyarı qızıl, 59-u gümüş, 90-ı isə bürünc medallardır. Əlbəttə, qarşıda ilin hələ 6 ayının olduğunu da nəzərə alsaq, orta hesablamalara görə, idmançılarımızın qazanacaqları mümkün medalların sayı ötənilki göstəriciləri geridə qoymalıdır. Bir sözlə, 2014-cü ildə uğurların sayının daha çox olacağı gözlənilir.

Yeri gəlmişkən, bu ilin may ayında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarında Azərbaycan milli komandası güləş tariximizdə yeni səhifə yazmağı bacardı. Güləşçilərimiz tarixdə ilk dəfə Dünya Kuboku yarışlarında 3-cü yeri tutaraq, bürünc medala sahib oldular. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparırdı. Qrupun ikinci görüşündə Ermənistan komandası ilə yarışan təmsilçilərimizin hamısı rəqiblərini tam üstünlüklə məğlub edib və görüş komandamızın 8:0 hesablı darmadağını ilə başa çatmışdı.

Əlbəttə, Azərbaycan idmançılarının xaricdə uğurlu çıxış etməsi digər ölkələrin də diqqətini cəlb etməkdədir. Əgər xarici mətbuatda dərc olunan məqalələrə, mütəxəssis fikirlərinə nəzər salsaq görürük ki, artıq digər ölkələr Azərbaycan güləşçilərinin dünyanın ən güclüləri arasında yer aldığını qəbul ediblər. Qazanılan bu nailiyyətlərin əsasını isə, əlbəttə ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğı təşkil edir. Məhz bu cür yüksək diqqətdən bəhrələnən güləşçilərimiz istənilən yarışda rəqiblərinə qarşı xüsusi motivasiya ilə mübarizə aparır və uğur qazanırlar.
 

2014-cü ilin ilk 6 ayı ərzində Azərbaycan güləşçilərinin
beynəlxalq turnirlərdə və Avropa çempionatlarında qazandığı nəticələr

 

Sərbəst

Yunan-Roma

Qadın

Ümumi

Qızıl

Gümüş

Bürünc

Qızıl

Gümüş

Bürünc

Qızıl

Gümüş

Bürünc

Yeniyetmələr

18

15

22

10

9

20

5

2

1

102

Gənclər

6

8

13

13

6

11

7

9

7

80

Böyüklər

13

5

5

2

3

7

6

2

4

47

 

37

28

40

25

18

38

18

13

12

229

 

105

81

43


 

Qızıl

Gümüş

Bürünc

Ümumi

Yeniyetmələr

33

26

43

102

Gənclər

26

23

31

80

Böyüklər

21

10

16

47

 

80

59

90

229

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.