24 iyun 2014 15:55

Gənc yunan-Roma güləşçiləri Bakıya qayıtdı

Polşanın Katovitse şəhərində gənclər arasında keçirilən Avropa çempionatını uğurla başa vuran yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri Vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, güləşçilərimizi Heydər Əliyev adına Beynəlxalq hava limanında azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılayıblar.

Çempionatın son iki günündə mübarizəyə qoşulan yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri 3 qızıl medal əldə edib. İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq) və İslam Abbasov (84 kq) bütün rəqiblərindən üstün olub və fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Ümumilikdə 45 xal toplayan yığmamız komanda hesabında Rusiya və Gürcüstandan sonra 3-cü olub.

Çempionatda güləşçilərimizin çıxışını təhlil edən yığma komandanın böyük məşqçisi Şaban Donat ümumilikdə nəticədən razı qaldığını bildirib:

"Federasiya rəhbərliyi tərəfindən hazırlıq üçün maksimum şərait yaradılıb. Hər bir yarışda çalışırıq ki, bizə göstərilən etimadı ən yüksək səviyyədə doğruldaq. Bu dəfə daha ciddi yarış idi. Avropa çempionatında zəif rəqiblər olmur. Sevindirici məqam odur ki, ən güclü rəqibimiz olan Rusiya yığması bir qızıl medal belə qazana bilmədi, ancaq bizim 3 qızıl medalımız oldu. Təbii ki, medallarımızın sayı daha çox ola bilərdi. Bəzi güləşçilərimiz öz səhvləri, bəzi güləşçilərimiz isə, hakim ədalətsizliyi ucbatından medalsız qaldı. Qarşıdan Dünya çempionatı gəlir. Çalışacağıq ki, o yarışda da Azərbaycanın bayrağını yüksəklərdə dalğalandıraq".

 Avropa çempionatını qızıl medalla başa vuran İslam Abbasov yarış haqqında təəssüratlarını bölüşərkən ən gərgin görüşün final görüşü olduğunu deyib:

"Finala qədər bütün rəqiblərimi rahatlıqla məğlub etdim. Yarımfinalda yerli idmançı ilə qarşılaşmışdım. Güclü azarkeş dəstəyinə baxmayaraq onu böyük hesabla məğlub etdim. Final görüşüm isə çox gərgin keçdi. Almaniya güləşçisinə xal hesabı ilə qalib gəldim. Çempion olduğum, ölkəmizin bayrağını yüksəltdiyim, himnimizi səsləndirdiyim üçün çox xoşbəxtəm. Çalışacağam ki, qarşıdan gələn Dünya çempionatında da eyni uğuru təkrarlayım. Hər bir yarışdan əvvəl güclü hazırlıq keçirik. Yaradılan bütün şəraitə görə Federasiyamıza öz təşəkkürümü bildirirəm". (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.