21 iyun 2014 00:45
AÇ-də yunan-Roma güləşçiləri mübarizəyə qoşulur
Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq.
İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
50 kq
1/8 final - Petrov Nedyalko (BUL) - İbrahim Nurullayev
60 kq
1/16 final - Kərim Cəfərov - Erik Torba (HUN)
74 kq
1/8 final - Tsimur Berdiyev (BLR) - Hacımurad Bağmanov
96 kq
1/8 final - Zsolt Torok (HUN) - Orxan Nuriyev
