18 iyun 2014 11:20
AÇ-2014-ün ikinci günündə 4 şans
Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparır.
İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
55 kq
1/8 final - Taras Markoviç (UKR) - Ruslan Qasımov
66 kq
1/16 final - Ion Plop (ROM) - Murad Süleymanov
84 kq
1/8 final - Mladen Vasilev (BUL) - Nurməhəmməd Hacıyev
120 kq
1/8 final - Geno Petriaşvili (GEO) - Oyan Nəzəriani
