17 iyun 2014 12:57
AÇ-nin ilk günündə dörd şans
Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparacaq.
Güləşçilərimizin ilk rəqibləri məlumdu. Fərid İsmayılov (50 kq) Ukrayna, Vurğun Əliyev (60 kq) Belarus, Hacımurad Ömərov (74 kq) Litva, Səid Həmidov (96 kq) isə Ukrayna təmsilçisi ilə qarşılaşacaq.
İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
