13 iyun 2014 15:05
Şamaxıda Dünya çempionunun şərəfinə turnir
14-15 iyun 2014-cü il tarixdə Şamaxı Olimpiya İdman Kompleksində veteran güləşçi, dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə yeniyetmələr arasında II Respublika turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışlar hər gün saat 10:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi iyunun 14-də saat 16:00-da baş tutacaq.
Açılış mərasimindən sonra veteran güləşçilər arasında yoldaşlıq görüşü də təşkil olunacaq.
Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
