12 iyun 2014 12:40
Sərbəst güləş yığmamız Bolqarıstanda TMT-da
2014-cü ilin təqvim planına əsasən, qarşıdan gələn yarışlara hazırlıq məqsədilə güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız iyunun 12-dən Bolqarıstanın Belmeken şəhərində növbəti təlim-məşq toplanışına başlayır.
Baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında Bolqarıstana 15 güləşçimiz yollanıb.
Heyətdə Yaşar Əliyev (57 kq), Əhmədnəbi Qvarzatilov, Hacı Əliyev (hər ikisi 61 kq), Toğrul Əsgərov, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Ruslan Dibirhacıyev, Emin Əzizov (hər ikisi 70 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq), Həmzət Osmanov, İbrahim Yusubov (hər ikisi 86 kq), Xetaq Qazyumov, Şərif Şərifov (hər ikisi 97 kq), Cəmaləddin Məhəmmədov və Valera Rodriqez (hər ikisi 125 kq) yer alıb.
Təlim-məşq toplanışı iyunun 26-dək davam edəcək.

(AGF)