10 iyun 2014 17:40
1 saylı nümayəndəliyin yeniyetmə güləşçiləri təsnifat yarışında iştirak ediblər
AGF-nin 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən klublarda məşğul olan sərbəst və yunan-roma güləşi üzrə 2001-2003-cü il təvəllüdlü yeniyetmələr arasında təsnifat yarışları start götürüb. Azerisport.az xəbər verir ki, yarışın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, 1 saylı nümayəndəliyin tərkibində fəaliyyət göstərən klublarda çalışan məşqçilərin işini qiymətləndirmək və ehtiyat qüvvələri aşkarlamaq və perspektivli güləşçiləri aşkarlamaq məqsədi daşıyır.
Tofiq Bəhramov adına Respublika Stadionunun güləş zalında keçirilən yarışların ilk günündə 26, 29, 32, 35, 38, 42, 47, 53, 59 və 66 kq çəkilərdə sərbəst güləş üzrə 95 pəhləvan mübarizə aparır.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.

(AGF)