9 iyun 2014 01:30

Qadın güləşçilərimiz Dormagendən 1 qızıl və 2 bürünc medalla qayıdırlar

Almaniyanın Dormagen şəhərində qadın güləşi üzrə Qran-Pri beynəlxalq turniri keçirilib. Azerisport.az xəbər verir ki, yığma komandanın baş məşqçisi Yaqub Məmmədovun rəhbərliyi altında turnirdə 3 güləşçimiz qüvvəsini sınayıb.
Güləşçilərimiz 1 qızıl və 2 bürünc medal qazanıblar.

48 kq-da mübarizə aparan komandamızın lideri Mariya Stadnik bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. Polşa, Kanada, Rusiya və yarımfinalda daha bir Kanada təmsilçisini məğlub edən güləşçimiz, finalda Almaniya güləşçisinə də heç bir şans verməyib. 

58 kq çəki dərəcəsində mübarizə aparan İrina Netreba yarışa Fransa təmsilçisi üzərində qələbə ilə başlayıb. Ancaq yarımfinalda Qırğızıstan güləşçisinə uduzan təmsilçimiz bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Rusiya təmsilçisi üzərində qələbə İrina Netrebaya bürünc medal qazandırıb. 

69 kq çəkidə Nadya Sementsova 5 görüş keçirib. Ardıcıl olaraq Almaniya, Rumıniya və Polşa güləşçilərini üstələyən güləşçimiz, yarımfinalda digər Almaniya təmsilçisinə uduzub. Ancaq bürünc medal uğrunda Almaniyadan daha bir güləşçi ilə həlledici görüşə çıxan Nadya Sementsova rəqibinə şans verməyib və bürünc medala sahib olub. 

48 kq 
Final - Kathi Baumgartner (GER) - Mariya Stadnik 0:4
1/2 final - Jasmine Mian (CAN) - Mariya Stadnik 0:11
1/4 final - Elena Vatsikova (RUS) - Mariya Stadnik 0:7
1/8 final - Mariya Stadnik - Cesika Mcdolads (CAN) 16:5
1/16 final - İvona Matkovska (POL) - Mariya Stadnik 0:10

58 kq
Bürünc medal görüşü - Anastasia Tsankova (RUS) - İrina Netreba 0:10
1/2 final - Aisulu Tunubekova (KGZ) - İrina Netreba 6:1
1/4 final - İrina Netreba - Margot Riviere (FRA) 12:2

69 kq
Bürünc medal görüşü - Kimberley Griess (GER) - Nadya Sementsova 0:4
1/2 final - Aline Focken (GER) - Nadya Sementsova 11:0
1/4 final - Agnieszka Vieszcek (POL) - Nadya Sementsova 6:13
1/8 final - Adina Popescu (ROM) - Nadya Sementsova 1:11
1/16 final - Nadya Sementsova - Anna Schell (GER) 7:2
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.