6 iyun 2014 18:33
Qadın güləşçilərimiz Almaniya Qran Prisində iştirak edəcək
7-8 iyun 2014-cü il tarixdə Almaniyanın Dormagen şəhərində qadın güləşi üzrə Qran Pri beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, Belarusun "Stayki" Olimpiya İdman Kompleksində bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışını başa vuran qadın güləşi yığmamız turnirdə iştirak edəcək.
Yığma komandanın baş məşqçisi Yaqub Məmmədovun rəhbərliyi altında turnirdə 3 güləşçimiz - Mariya Stadnik, İrina Netreba və Nadya Sementsova qüvvəsini sınayacaq.
Yığma komandanın baş məşqçisi Yaqub Məmmədovun rəhbərliyi altında turnirdə 3 güləşçimiz - Mariya Stadnik, İrina Netreba və Nadya Sementsova qüvvəsini sınayacaq.
(AGF)
